Hər kəsin azı bir cüt də olsa ağ idman ayaqqabısı var. Bəli, bu ayaqqabılar çox sevilir. Ancaq təəssüf ki, onlar tez də çirklənirlər.
E-saglam.az xəbər verir ki, bu çatışmazlığı aradan qaldırmaq çətin proses deyil. Evdə ağ idman ayaqqabılarını təmizləmək üçün istifadə edə biləcəyiniz bir neçə təsirli üsulu təqdim edirik:
Diş pastası
Bir az pasta götürün və çirkli yerə çəkin. Dairəvi hərəkətlərdən istifadə edərək, pastanı quru diş fırçası ilə yaxşıca ovuşdurun, sonra pastanı nəm parça və ya ilıq suda isladılmış süngərlə yuyun.
Soda
Ayaqqabılarınızın ağ görünməyini istəyirsinizsə, su ilə sodadan məcun hazırlayın. Təsir göstərməsi üçün hazırladığınız məhlulu ayaqqabının səthində bir müddət saxlayın, sonra isə əvvəlki variantda olduğu kimi salfet və ya süngərlə yuyun.
Yeri gəlmişkən, daha çox effektivlik üçün soda və diş pastasını da qarışdıra bilərsiniz.
Limon suyu
Limon suyu digər vasitələrdən daha təsiredicidir. Ayaqqabılarınızın qar kimi ağ olması üçün iki xörək qaşığı limon suyunu eyni miqdarda su ilə qarışdırın. Sonra salfeti həmin bu məhlulla isladıb idman ayaqqabınızın çirkli yerlərini təmizləyin. (lent.az)