Yandex watch
Aclığa dözməyənlər bunu yesin!

Ramazan ayında oruc tutanlar üçün aclıq hissini azaltmaq və enerjili qalmaq vacibdir. Mütəxəssislər imsakda bəkməz istehlak etməyi tövsiyə edirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yüksək qida dəyərinə malik olan bəkməz təkcə aclıq hissini azaldıb toxluq yaratmır, həm də bədənə enerji verir. Xüsusilə tahinlə birləşdirildikdə gün boyu bədənin ehtiyac duyduğu qidaları təmin edərək insanı güclü saxlayır.

Bəkməzin digər bir faydası tənəffüs yollarına müsbət təsir göstərməsidir. Zəncəfillə qarışdırıldıqda quru öskürəyə qarşı effektiv təsir göstərir və nəfəs yollarını açır. Bu qarışım yuxu problemləri olanlara da faydalıdır, rahat yuxuya getməyə kömək edir.

İmmunitet sistemini gücləndirmək üçün də bəkməz və zəncəfil qarışığı tövsiyə edilir. Soyuqdəyməyə qarşı qoruyucu təsir göstərən bu qarışıq səhərlər bir çay qaşığı qəbul edildikdə bədənin müdafiə mexanizmini gücləndirir. Mövsümi keçidlər zamanı xəstəliklərə qarşı müqaviməti artırır.

Bəkməz ürək sağlamlığını da dəstəkləyir. Zəncəfillə birlikdə qan dövranını sürətləndirir və ürəyin daha sağlam işləməsinə kömək edir. Bu faydalı qarışıq oruc tutanların enerjili və sağlam qalmasına dəstək ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az