Tibbi xəbərlər
Açıq havada maska taxılması ilə bağlı VACİB XƏBƏR
Tibbi xəbərlər
81

Açıq havada maska taxılması ilə bağlı VACİB XƏBƏR

Açıq havada koronavirusun yoluxma təhlükəsi olduqca azdır.

E-saglam.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə İrlandiyada araşdırma aparılıb. Araşdırmaların nəticəsinə görə, 1000 koronavirusa yoluxmadan yalnız 1-i açıq havada baş verə bilir.

Məlumata görə, bu günə qədər İrlandiyada qeydə alınan 232164 yoluxmanın yalnız 262-si açıq havada baş verib. Bildirilir ki, koronavirusun yayılması üçün əlverişli şərait qapalı məkanlardır.

Qeyd edək ki, ABŞ-ın rəsmi dairələri də açıq havada maska taxılması ilə qərarın nəzərdən keçirəcəklərini açıqlayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun