Yandex watch
Açıq bufetlərdə yeyilməməsi lazım olan

Açıq bufetlərdə təqdim olunan yeməklər, geniş seçim imkanı təklif etsə də, sağlamlıq baxımından bəzi risklər yarada bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər, xüsusilə otel və restoranlardakı açıq bufet yeməklərinin gigiyenik vəziyyətinə diqqət yetirilməsinin vacib olduğunu bildirir.

Aşağıda açıq bufetlərdə ehtiyatla yanaşılması lazım olan bəzi qidalar qeyd olunub:

Mürəbbə, bal və marmelad

Bu qidalar açıq vəziyyətdə bir neçə gün saxlanıla bilər və bu da onların bakteriya mənbəyi olmasına səbəb olur.

Dilimlənmiş pendir və soyuq ət

Bu cür qidalar uzun müddət açıq qalarsa, təravətini itirə bilər və gigiyena baxımından təhlükə yarada bilər.

Kəsilmiş meyvələr (ananas, qovun, qarpız)

Bu meyvələr kəsildikdən sonra otaq temperaturunda bir neçə saat saxlanarsa, bakteriyalar sürətlə çoxala bilər. Parlaqlıqlarını itirmiş və ya kənarları qaralmış meyvələr, çox uzun müddət saxlanıldığının göstəricisidir.

Taxıl və qoz-fındıq

Bu məhsullar rütubət və hava ilə təmasda olduqda qarışqa və digər parazitləri cəlb edə bilər, buna görə diqqətlə saxlanmalıdır.

Omlet və qızardılmış ət (hamburgerlər)

Qalan qida maddələri ilə hazırlanmış yeməklər gigiyena baxımından risklər yarada bilər.

Gigiyena qaydalarına riayət etmək

Bufetlərdə qonaqlar boşqablarına çox yemək qoymaqdan çəkinməli və bəyənmədikləri yeməkləri geri qaytarmalıdırlar. Bu həm gigiyena, həm də israfçılığın qarşısını almaq üçün vacibdir.

Yeməklərdən həzz alarkən gigiyena qaydalarına diqqət yetirmək, sağlam təcrübələr üçün əsas rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az