Arıqlamaq və artan enerji üçün üstünlük verilən qəhvə, daha yaxşı diqqət və antioksidantlar kimi faydalar təqdim edir.
E-saglam.az xəbər verir ki, lakin bununla belə, həddindən artıq qəhvə istehlakı həzm problemləri, yuxu pozğunluğu, narahatlıq, zəif sümük sağlamlığı, ürək döyüntüsü və susuzluğa səbəb ola bilər.
Həzm problemlərinə səbəb ola bilər. Mədənin selikli qişasını qıcıqlandıraraq turşu reflü və ürək yanmasına gətirib çıxarır. Ac qarına içildikdə bu təsirlər daha da artır.
Yuxu rejiminə mənfi təsir göstərir. Kofein yuxusuzluğa və yuxu dövrünün pozulmasına səbəb ola bilər, xüsusilə həddindən artıq istehlak edildikdə.
Narahatlıq və stressi artırır. Kofein adrenalin ifrazını artıraraq bəzi insanlarda narahatlıq və hətta panik ataklara səbəb ola bilər.
Sümük sağlamlığına zərər verə bilər. Kalsiumun udulmasını azaldaraq sümük sıxlığını zəiflədir və osteoporoz riskini artırır.
Susuzluq yaradır. Qəhvə sidikqovucudur, buna görə də həddindən artıq qəbul edildikdə bədəni susuzlaşdırır. Yanında su içmək bu təsiri azalda bilər.
Tərcümə: Könül Oruc