Yandex watch
Abşeronda biraylıq körpə

Abşeronda biraylıq körpə çimizdirilərkən boğularaq ölüb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 25-də, saat 17:30-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuş körpənin boğulması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub", - məlumatda qeyd olunub.

E-saglam.az