Xəbərlər
ABŞ-də oğurlanan uşaq 73 il sonra tapılıb
Xəbərlər
238

ABŞ-də oğurlanan uşaq 73 il sonra tapılıb

ABŞ-nin Kaliforniya ştatının Oklend şəhərində 1951-ci ildə qaçırılan altı yaşlı uşaq 73 ildən sonra tapılıb.

E-saglam.az xəbər verir ki, bu barədə KTSM portalı məlumat yayıb.

Luis Armando Albino qaçırıldığı gün parkda oynayırmış. Bir qadın ona yaxınlaşıb və şirniyyat alacağına söz verib. O, bunun əvəzinə uşağı oğurlayıb Şərq sahilinə aparıb. Orada cütlük onu övladı kimi böyüdüb.

Uşağın axtarışına polis, yerli ordu bazasının əsgərləri, sahil mühafizəsi xidməti və şəhərin digər əməkdaşları cəlb edilsə də, bunun heç bir nəticəsi olmayıb.

Yetmiş ildən artıq müddətdən sonra onu qardaşı qızı, 63 yaşlı Alida Alekin tapıb. O, əmisi, təqaüddə olan yanğınsöndürən və Vyetnamda xidmət etmiş dəniz piyadaları veteranı olduğu ortaya çıxan bir adamla 22 faiz uyğunluğu göstərən DNK testi edib.

Axtarışda köhnə fotoşəkillər və qəzet parçaları da kömək edib.

“Mən həmişə onu tapmaqda qərarlı idim. Mənim hekayəm eyni şeyi yaşayan digər ailələrə kömək edə bilər", - Alekin deyib.

FTB oğurluqla bağlı araşdırmaları davam etdirir. (report)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun