Xəbərlər
ABŞ-də matça çayı içən qadın
Xəbərlər
122

ABŞ-də matça çayı içən qadın xəstəxanalıq oldu

ABŞ-də qadın matça çayına olan eşqinə görə xəstəxanaya düşüb.

E-saglam.az bildirir ki, bu barədə "Independent" nəşri yazıb.

Məlumata görə, Lin adlı ABŞ-li qadın növbəti matçanı içdikdən sonra özünü pis hiss edib. Xəstəxanaya gedərək analizlər verib və həkimlərdən anemiya olduğunu - qanda dəmirin həddindən artıq aşağı səviyyəyə düşdüyünü öyrənib.

Doktor Libbi Artinqstollun fikrincə, matça da digər yaşıl çaylar kimi, polifenollarla zəngindir ki, bunlar adətən orqanizmə faydalarına görə təriflənən antioksidantlardır. Lakin eyni birləşmələr bitki qidalarında və zənginləşdirilmiş qidalarda olan qeyri-hem dəmirin udulmasına mane ola bilər.

"Polifenollar dəmirin udulmasını azalda bilər, xüsusən də çay yemək zamanı və ya dərhal sonra içildikdə", - deyə Libbi Artinqstoll qeyd edib.

Dəmirə təsirindən əlavə, matça digər yan təsirlər də yarada bilər. Belə ki, bu çayı istehlak edərkən insan sadəcə dəmləmə deyil, həm də əzilmiş çay yarpaqlarını da içdiyi üçün tərkibindəki kofein də adi yaşıl çaydan daha yüksəkdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu da narahatlıq, ürək döyüntülərinin artması, yuxusuzluq və qan təzyiqinin artmasına səbəb ola bilər.

Oxu.az

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun