Sağlamlıq
93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri:
Sağlamlıq

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var

93 yaşlı Ruhi Ayaz sağlam həyat sirrlərini bölüşüb. O, balanslı qidalanma, müntəzəm idman və sadə həyat tərzi ilə sağlamlığını qoruyur.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Ruhi Dədə hər gün saat 06:00-da oyanır, 10 qaynadılmış yumurta ilə səhər yeməyi edir və ən azı 1 kilometr piyada gəzir. Mövsümi tərəvəzlərə üstünlük verir və qışda ispanaq, kələm, pırasa, yayda isə daha yüngül qidalar istehlak edir.

O, yeməklərində ölçüyə diqqət yetirir: ət və qatıq 100 qramdan çox olmur. Yeməklərə az miqdarda kolbasa və ya pastram (qurudulmuş ət) əlavə edir. İşləməyin insanı enerjili saxladığını bildirir və 75 yaşına qədər çalışıb.

Axşam saat 19:00-dan sonra yemək yemir, mədənin istirahət etməsinin vacib olduğunu vurğulayır. Sağlam həyat üçün su içməyə və həftədə 10-15 ədəd badam yeməyə diqqət yetirir. Ruhi Ayaz sağlam və uzun ömür üçün sadə, lakin nizamlı həyat tərzini məsləhət görür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun