Yandex watch
9 min il əvvəlin resepti! Bozanı bununla için,

Boza, qış aylarının vazkeçilməz içkisidir. Onu qovrulmuş noxudla birlikdə içmək isə əsrlərdən bəri davam edən bir ənənədir. Bu ikili Osmanlı dövründən qalma mədəni irs kimi tanınır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, boza fermentasiya ilə hazırlanmış bir içkidir və darı, arpa, qarğıdalı kimi taxıllardan hazırlanır. İmmuniteti gücləndirir, enerji verir və həzm sistemini dəstəkləyir. Qovrulmuş noxud isə zülal və liflə zəngindir, toxluq hissi yaradır və mədəni rahatlaşdırır.

Bu ikili həm qidalı, həm də dadlıdır, amma diqqət yetirmək lazımdır. Boza yüksək kalorili içkidir, noxudla birlikdə istehlak edildikdə kalori miqdarı daha da artır. Çəkisinə nəzarət edənlər bu kombinasiyanı ölçülü şəkildə istifadə etməlidirlər.

Bozanın təzə saxlanılması vacibdir. O, 3-5 gün ərzində istehlak edilməlidir, əks halda xarab ola bilər. Bu ənənəvi içki qış axşamlarında həm dad, həm də mədəni irsi yaşamaq üçün əla seçimdir.

Boza içkisinin tarixi təxminən 8-9 min il əvvəl Mesopotamiyaya gedib çıxır. Osmanlı dövründə "bozaxana" deyilən yerlərdə istehsal edilən boza zamanla Yaxın Şərq, Orta Asiya, Balkan və Afrika ölkələrinə yayıldı. Noxud, xüsusilə Anadoluda geniş şəkildə istehlak edilən noxudun qızardılması ilə hazırlanan qəlyanaltıdır. Bu iki ləzzətin birləşməsi mədəni irs olaraq günümüzə qədər gəlib çatmışdır.

Tərcümə: Könül Oruc

E-saglam.az