Gözəllik-dəb
8 həftəyə 5 il cavanlaşdılar – Qocalar evində qeyri-adi TƏCRÜBƏ
Gözəllik-dəb

8 həftəyə 5 il cavanlaşdılar – Qocalar evində qeyri-adi TƏCRÜBƏ

Onlar qocalar evində yaşı 50-72 yaş arası 43 kişini kliniki tədqiqata cəlb ediblər.

E-saglam.az medicina.az-a istinadən xəbər verir ki, 8 həftəlik proqram çərçivəsində iştirakçılara dieta, fiziki məşqlər, yuxu və relaks metodikaları tətbiq edilib.

Onlar istənilən yağsız ət, balıq, çoxlu tərəvəz, meyvə, bitki qidaları yeyib, karbohidrat və şəkər tərkibli qidalar azaldılıb, yumurta və qaraciyər menyudan çıxarılıb.

Qocalara hər gün çoxlu antioksidant olan xüsusi meyvə-tərəvəzəz toz kokteyli, probiotiklər verilib.

İştirakçılar gecə 8 saat, gündüz yarım saat yuxu alıblar.

Həftədə 2 dəfə yüngül qaçış, tənəffüs gimnastikası, stress götürən meditasiyalar ediblər.

Bu proqram insanın DNT-sinə təsir edə bilir.

8 həftə bitdikdən sonra iştirakçıların bioloji yaşının 3-5 il endiyi, özlərini daha enerjili və gümrah hiss etdikləri təsdiq olunub. Onlar eyni yaşda olan və bunlara əməl etməyən həmyaşıdlarından daha gənc, sağlam görünürdülər.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun