Xəbərlər
700 illik ətir yenidən istehsal olunacaq:
Xəbərlər
122

700 illik ətir yenidən istehsal olunacaq: 50-60 milyon xərclənəcək

Aydının Kuşadası rayonundakı tarixi Kadıkalesi-Anaia kurqanında aparılan qazıntılar əsasında qədim Bizans dövrünə aid ətir reseptləri yenidən yaradılır.

E-saglam.az xəbər verir ki, layihəyə Dos. Prof. Dr. Suna Çağaptay rəhbərlik edir və işlər TÜBİTAK-ın dəstəyi ilə həyata keçirilir. Məqsəd bölgənin tarixi irsini yaşatmaq və Kadıkalesinin tanıdılmasına töhfə verməkdir.

Qazıntılar zamanı 12-ci əsrə aid Bizans kilsəsi, 5-ci əsrə aid müqəddəs bulaq və müxtəlif dövrlərə məxsus dulusçuluq nümunələri, daş alətlər, heykəllər və şüşə butulka fraqmentləri aşkar olunub. Alimlər həmin butulkaların lavanda, acı portağal çiçəyi, kəklikotu və zeytun yarpağından hazırlanmış efir yağları ilə doldurulduğunu müəyyən ediblər.

Layihədə Həsən Fatma Önal Anadolu Liseyinin şagirdləri də iştirak edərək qədim ətirlərin yenidən hazırlanmasına kömək ediblər. Ətir nümunələri həm tarixi canlandırmaq, həm də Kadıkalesi üçün tanıtım materialı kimi istifadə olunacaq.

Dos. Prof. Dr. Çağaptay bildirib ki, tapıntılar yalnız muzeylərdə nümayiş etdirilməklə deyil, müxtəlif yollarla da yaşadılmalıdır. Onun sözlərinə görə, Bizans dövrünə aid şüşə qablar ətirli yağların saxlanılması və yayılması üçün istifadə olunub və bu, həmin dövrün gündəlik həyatından xəbər verir.

Alim əlavə edib ki, Kadıkalesinin turizmə açılması prosesi yekunlaşmaq üzrədir. Layihənin həyata keçirilməsi üçün təxminən 50-60 milyon lirə maliyyə tələb olunur və planın iki il ərzində təsdiqlənəcəyi gözlənilir.

“Kuşadası inanc turizmi üçün mühüm mərkəz ola bilər. Kadıkalesi həm tarixi, həm də mədəni potensialı ilə buna tam hazırdır,” – deyə Çağaptay qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun