Qidalanma
7 yaşdan kiçik uşaqlar bu içkiləri
Qidalanma
108

7 yaşdan kiçik uşaqlar bu içkiləri əsla içməməlidir - Mütəxəssislərdən xəbərdarlıq

Yay fəslində temperaturun artması ilə soyuq və dondurulmuş içkilərə maraq artır.

E-saglam.az xəbər verir ki, lakin Böyük Britaniya Qida Standartları Agentliyi (FSA) valideynləri ciddi şəkildə xəbərdar edir: 7 yaşdan kiçik uşaqlar qliserol ehtiva edən ətirli dondurulmuş içkilərdən uzaq tutulmalıdır.

FSA-nın açıqlamasında qeyd olunur ki, bu cür içkilər uşaqlarda ürəkbulanma, baş ağrısı, hipoqlikemiya (qan şəkərinin kəskin düşməsi), şok və hətta huş itkisinə səbəb ola bilər.

Qliserolun təhlükəsi

Qliserol — bu içkilərin donmamasını təmin edən maddə — təbii tatlandırıcı kimi tanınsa da, həddindən artıq miqdarda qəbul edildikdə uşaqlar üçün risklidir. British Medical Journal tərəfindən yayımlanan tədqiqatda göstərilib ki, son altı il ərzində Böyük Britaniya və İrlandiyada 2–7 yaş arası 21 uşaq bu içkiləri içdikdən sonra təcili tibbi yardıma ehtiyac duyub. Həkimlər bu halları “qliserol toksiklik sindromu” adlandırır.

10 yaşdan kiçiklər üçün də məhdudiyyət var

FSA əlavə olaraq bildirir ki, 10 yaşdan kiçik uşaqlara bu içkilərdən gündəlik maksimum 350 ml (təxminən bir banka soda qədər) verilməlidir. Valideynlərə məhsul alarkən tərkibində qliserolun olub-olmadığını mütləq yoxlamaq tövsiyə olunur.

Mütəxəssislər vurğulayırlar ki, 7 yaşa qədər uşaqlar üçün bu tip içkilər heç vaxt təhlükəsiz hesab edilmir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun