
Tuncelidə 55 yaşlı qadın 7 il boyunca çürümüş böyrəklə yaşayıb. Davamlı ağrılarla üzləşən qadın nəhayət xəstəxanaya müraciət edib və aparılan müayinələr nəticəsində sağ böyrəyinin daş səbəbilə tamamilə funksiyasını itirdiyi müəyyən olunub.

E-saglam.az xəbər verir ki, çürümüş böyrək 4 saat davam edən cərrahi əməliyyatla uğurla çıxarılıb.
Əməliyyat zamanı həm uroloji, həm də ümumi cərrahiyyə müdaxiləsi aparılıb. Bağırsaqlarda yaranmış yırtıq da aradan qaldırılıb. Cərrahlar çürümüş böyrəyi tamamilə çıxarıblar. Hazırda qadının səhhəti stabildir, iltihab göstəriciləri normaya dönüb və özünü əvvəlki illərlə müqayisədə daha yaxşı hiss edir.
Mütəxəssislər böyrək daşlarından əziyyət çəkən şəxslərə ildə ən azı bir dəfə uroloji müayinədən keçməyi və su qəbuluna xüsusi önəm verməyi tövsiyə edir.
Tərcümə: Könül Oruc