Xəbərlər
600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” adlandıran direktor
Xəbərlər

600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” adlandıran direktor işdən çıxarıldı

Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

E-saglam.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", deyə Zenfira Sevdimalı
qeyd edib.

Xatırladaq ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılmışdı. Səs yazısında direktor ona məktəbin müəllimləri tərəfindən ad günündə alınan 600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” adlandırır və özünə yaraşdırmadığını bildirir. Səsyazısında onun həmçinin digərlərini təhqir etdiyi müşahidə olunur. (Musavat.com)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun