Xəbərlər
600 ədəd qazlı suda uyğunsuzluq
Xəbərlər
99

600 ədəd qazlı suda uyğunsuzluq aşkarlandı

Yaponiyadan Azərbaycana gətirilən 600 ədəd meyvə aromalı qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bundan başqa, 120 ədəd südlü içki, 72 ədəd qazsız təbii su, 18 ədəd meyvə şirəsi və 480 ədəd alkoqolsuz içki məhsullarının da istifadə müddətinin bitdiyi müəyyənləşib.

Bununla bağlı müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun