
6 illik elmi araşdırma qara zirə yağının xərçənglə mübarizədə təbii və təsirli bir dəstək ola biləcəyini ortaya qoydu.

E-saglam.az xəbər verir ki, Necmettin Erbakan Universiteti Tibb Fakültəsində aparılan və TÜBİTAK tərəfindən dəstəklənən bu tədqiqatın nəticələri həm elmi ictimaiyyətin, həm də tibbi dünyasının diqqətini çəkib.
Araşdırmada qara zirənin əsas təsirli maddəsi olan timokinonun, xüsusilə ağciyər xərçəngi hüceyrələrində proqramlaşdırılmış hüceyrə ölümünü (apoptoz) stimullaşdırdığı müəyyən edilib. Əldə olunan nəticələr göstərib ki, timokinon kimyaterapiya və radioterapiya ilə birlikdə istifadə edildikdə müalicənin təsiri əhəmiyyətli dərəcədə artır.
Prof. Dr. Mehmet Gürbilekin rəhbərliyi ilə həyata keçirilən bu tədqiqat timokinonun yalnız xərçəng hüceyrələrini məhv etməklə qalmayıb, eyni zamanda mövcud müalicələrin effektivliyini də yüksəltdiyini sübut edib. Nəticələr nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub və gələcəkdə timokinonun dərman formasında klinik istifadəyə təqdim olunması planlaşdırılır.
İslam mədəniyyətində “ölümdən başqa hər dərdin dərmanı” kimi tanınan qara zirə, bu araşdırma ilə bir daha elmi əsaslara söykənən müalicə vasitəsi olaraq ön plana çıxır. Bu, həm ənənəvi biliklərin, həm də müasir tibbin uğurlu sintezidir.
Tərcümə: Könül Oruc