Yandex watch
58 yaşlı qadın 33 ildir ki, eyni şeyi yeyir:

Avstraliyada yaşayan 58 yaşlı Anne Osbourne 33 ildir yalnız çiy meyvə ilə qidalanır. İlk dəfə 1990-cı illərdə meyvə pəhrizini sınamağa başlayan Osbourne, daha sonra bu tərzdən imtina etməyib

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, gün ərzində yalnız bir növ meyvə istehlak edən qadın, səhərlər portağal suyu içir, gün ərzində mövsümi meyvələr, naharda avokado, axşamlar isə papaya kimi meyvələr yeyir.

Meyvə pəhrizi bir çox mütəxəssis tərəfindən şəkərin yüksək olması və qida çatışmazlıqları riski səbəbindən tənqid olunur. Bu pəhriz diabet, mədəaltı vəzi problemləri və bəzi vitamin çatışmazlıqları riskini artıra bilər. Buna baxmayaraq, Osbourne özünü sağlam hiss etdiyini və qan analizlərinin normal olduğunu bildirir.

O, həftədə 50 km qaçdığını və bağçasında məşqlər etdiyini vurğulayaraq, pəhrizinin həyat keyfiyyətini yaxşılaşdırdığını iddia edir. Bununla belə, Osbourne bu pəhrizin hər kəs üçün uyğun olmadığını qeyd edir.

Tərcümə: Könül Oruc

E-saglam.az