Diyetoloq Katerina Çaykovskaya 50 ildən sonra pəhrizə üç məhsulun daxil edilməsinin zəruri olduğunu bildirdi.
E-saglam.az-ın məlumatına görə, mütəxəssis Hola nəşri ilə söhbətində onları açıqlayıb.
Diyetoloq 50 yaşdan yuxarı qadınlar üçün ilk vacib məhsul kimi brokolini tövsiyə edib. Çaykovskayanın izah etdiyi kimi, bu tərəvəzin tərkibində estrogen mübadiləsini stimullaşdıran və hormonal balansı qorumağa kömək edən birləşmələr var: "Bu məhsul oksidləşdirici stresə də uğurla qarşı çıxa bilər".
Bundan əlavə, həkim ürək-damar sisteminin sağlamlığını yaxşılaşdıran və sümükləri gücləndirən omeqa-3 yağ turşuları və D vitamini ehtiva etdiyi üçün yağlı balıqları pəhrizə daxil etməyə çağırdı.
Sonda Çaykovskaya gündəlik menyunu hormonal səviyyələrə müsbət təsir göstərən, bağırsaqların və sinir sisteminin işini yaxşılaşdıran çia, kətan və ya küncüt toxumu ilə zənginləşdirməyi məsləhət gördü.
Tərcümə: Könül Oruc