Qidalanma
50 yaşdan yuxarı: boşqabınızdakı dəyişiklik
Qidalanma
19

50 yaşdan yuxarı: boşqabınızdakı dəyişiklik ömrünüzü uzada bilər

50 yaşdan sonra qidalanmada edilən kiçik dəyişikliklər qan şəkərini tarazlaya, qarın piyini azalda və maddələr mübadiləsini sürətləndirə bilər.

E-saglam.az xəbər verir ki, doğru boşqab forması həm diabet riskini azaldır, həm də damar sağlamlığını qoruyur. Aşağı glisemik yüklü, lif və zülal baxımından zəngin pəhriz sağlam çəki idarəsi və gümrah görünüş üçün ən güclü dəstəkdir. Sadə, elmə əsaslanan dəyişikliklərlə süfrəniz dərman kimi işləyə bilər.

Yaşlandıqca maddələr mübadiləsi yavaşlayır, insulinə həssaslıq azalır və əzələ kütləsi itir. Əgər qidalanma vərdişləri sağlam deyilsə, bu proses diabet, hipertoniya və qaraciyər yağlanması riskini artırır. Lakin boşqabınızdakı balaca dəyişikliklərlə bu riski azaltmaq mümkündür.

Günün ilk yeməyi qan şəkərinə nəzarətdə böyük rol oynayır. Şəkərli dənli məhsullar əvəzinə yumurta, tam taxıllı çörək, avokado və qoz kimi sağlam yağlarla zəngin seçimlər gün boyu toxluq hissini qoruyur.

Yalnız glisemik indeks yox, qidanın glisemik yükü də vacibdir. Ağ çörək, düyü və kartof kimi məhsullar qan şəkərini sürətlə qaldırır və tezliklə aclıq yaradır. Onların yerinə tam taxıllı və lifli məhsullar seçilməlidir.

Lif qan şəkərini tarazlayır, bağırsaqları qoruyur və xolesterini yaxşılaşdırır. Gündə ən azı 25-30 qram lif qəbul etmək sağlamlıq üçün vacibdir.

Qablaşdırılmış məhsullar çox vaxt gizli şəkər, duz və trans yağlarla doludur. Etiketləri oxumaq və seçimdə diqqətli olmaq sağlam qalmağın ən sadə yoludur.

Sadə dəyişikliklərlə böyük nəticə

  • Ağ çörək əvəzinə tam buğda və çovdar çörəyi.

  • Boşqabın yarısını tərəvəzlə doldurmaq.

  • Şəkərli içkiləri su və bitki çayları ilə əvəzləmək.

Araşdırmalar göstərir ki, aşağı glisemik yüklü pəhriz 6 ayda bel ətrafını orta hesabla 4 sm azaldır və qan şəkərini 10% aşağı salır. İdmanla birləşdirildikdə nəticə daha da yaxşı olur.

Su – ən ucuz dərman

50 yaşdan sonra orqanizmin maye ehtiyacı dəyişir, amma suyun əhəmiyyəti azalmaq əvəzinə artır. Gündə ən az 2 litr su içmək həm maddələr mübadiləsini dəstəkləyir, həm də damar və qaraciyər sağlamlığını qoruyur. Şəkərli içkilərdən uzaq durmaq isə əlavə üstünlükdür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun