Hər gün bədənin ehtiyacına uyğun miqdarda su içmək sağlamlıq üçün vacibdir. Mütəxəssislər 2-3 litr su qəbulunu tövsiyə edirlər. Ancaq həddindən artıq su içmək bədənə ciddi ziyan verə bilər.
E-saglam.az xəbər verir ki, 40 yaşlı bir qadın səhərlər detoks məqsədilə 4 litr su içərək qıcolma keçirib və huşunu itirib.
Mütəxəssis Dr. Sudhir Kumar hadisəni belə izah etdi: "Qadının bədəni zərərsizləşdirmək üçün çox miqdarda su içməsi nəticəsində qanındakı natrium səviyyəsi təhlükəli dərəcədə (110 mmol/L) düşdü. Həddindən artıq su qəbulu "hiponatremiya" adlı su zəhərlənməsinə səbəb oldu. Xəstə reanimasiyaya yerləşdirildi və 4 gün sonra sağaldı".
Sağlam bədən üçün su miqdarı yaş, çəki və fəaliyyət səviyyəsindən asılıdır. Belə ki, gün ərzində 2-3 litr su kifayətdir.
Susuzluq hissi və sidiyin rəngi bədəndəki nəmləndirmə vəziyyətinizin göstəricisidir. Şəffaf və açıq sarı rəng düzgün nəmlənməni, tünd rəng isə susuzluğu göstərir.
Bədəninizin ehtiyaclarını diqqətlə yanaşın və su qəbulunu tarazlı şəkildə bölüşdürün. Bir anda həddindən artıq miqdarda su içməkdən çəkinin.
Könül Oruc