Qidalanma
40 yaşdan sonra əzələ itkisini azaltmaq üçün
Qidalanma
16

40 yaşdan sonra əzələ itkisini azaltmaq üçün vacib qida açıqlanıb

Mütəxəssislər bildirir ki, 40 yaşdan sonra orqanizmdə baş verən dəyişiklikləri yavaşlatmaq üçün qidalanma xüsusi əhəmiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, bu dövrdə düzgün seçilmiş rasion əzələ kütləsinin qorunmasına və ümumi sağlamlığın dəstəklənməsinə kömək edə bilər.

Qeyd olunur ki, 35-45 yaşdan etibarən bir çox insanda əzələ kütləsinin azalması – sarkopeniya prosesi başlayır. Bu hal zəiflik, maddələr mübadiləsinin ləngiməsi və yıxılma riskinin artması ilə müşayiət olunur. Lakin düzgün qidalanma və fiziki aktivlik bu prosesi yavaşlada bilər.

Mütəxəssislərin sözlərinə görə, yaş artdıqca zülal tələbatı da yüksəlir. Tövsiyələrə əsasən, gündəlik zülal qəbulu bədən çəkisinin hər kiloqramına təxminən 1,2–1,5 qram təşkil etməlidir. Burada yalnız miqdar deyil, zülalın keyfiyyəti də mühüm rol oynayır.

Bildirilir ki, heyvan mənşəli məhsullar bu baxımdan vacib mənbə hesab olunur. Ətdən tam imtina bəzi hallarda dəmir, B12 vitamini və digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər ki, bu da maddələr mübadiləsinə və qan yaranmasına mənfi təsir göstərir.

Mütəxəssislər vurğulayır ki, balanslı qidalanma və müntəzəm fiziki aktivlik 40 yaşdan sonra sağlamlığı qorumağın əsas şərtlərindən biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun