Krasnodarda 36 yaşlı kişini sünnət ediblər və qorxulu ləkələr əmələ gəlib.
E-saglam.az xəbər verir ki, sünnətdən sonra qanqrena olan şəxsin müalicəsi aylarla davam edib.
Məlumata görə, sakin qasıq nahiyəsinin iltihabından əziyyət çəkirmiş. Həkimlər onun sünnət dərisini çıxarmaq üçün əməliyyat etmək qərarına gəlib.
Prosedurdan bir gün sonra Krasnodar sakini qızdırmağa başlayıb və temperaturu yüksəlib. Kişinin valideynləri həyəcanla həkimə müraciət ediblər.
Həmin kişiyə analjeziklər təyin edib, lakin bu da yaxşılaşmaya səbəb olmayıb. Bir müddət sonra rusiyalı xəstəxanaya çatdırılıb və orada qanqrena diaqnozu qoyulub. Həkimlərin səyi nəticə verməyib. Onu xilas etmək mümkün olmayıb.(Publika.az)