Goranboyda zəhərlənən 30 yaşlı kişi xəstəxanada ölüb.
E-saglam.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Kənd sakini 1995-ci il təvəllüdlü Yavər İbrahimov zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Dərhal 30 yaşlı kişiyə yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, Y.İbrahimov mal-qaranın dezinfeksiyanında istifadə olunan "Niastol" adlı kimiyəvi dərmandan zəhərlənib. Belə ki, azyaşlı uşaq "Niastol"u pivə balakına töküb, Y.İbrahimov isə bilmədən içib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
E-saglam.az