Sağlamlıq
30 yaşınızda etdiyiniz üç pis vərdiş
Sağlamlıq

30 yaşınızda etdiyiniz üç pis vərdiş onilliklər ərzində bədəninizə zərər verə bilər

Gənclikdə pis vərdişlərlə mübarizə sağlam qocalıq ehtimalını artırır.

E-saglam.az xəbər verir ki, Annals of Medicine tibb jurnalında dərc edilən elmi araşdırma siqaret, alkoqoldan sui-istifadə və fiziki hərəkətsizliyin 36 yaşından başlayaraq psixi və fiziki sağlamlığa əhəmiyyətli zərər verdiyini təsdiqləyir.

Fin mütəxəssislərinin fikrincə, bu vərdişlər uzun illər saxlandıqda təsirlər xüsusilə nəzərə çarpır. Müəlliflər 30 il ərzində bir neçə yüz iştirakçının sağlamlığını izləyib, bu günə qədər ən əhatəli uzunmüddətli rəylərdən birini təqdim ediblər.

Tədqiqat, siqaretin psixi sağlamlığa daha çox təsir etdiyini, depressiya əlamətlərini artırdığını müəyyən etdi. Hipodinami metabolik pozğunluqlarla (piylənmə riski, şəkərli diabet) sıx bağlıdır və spirt həm fiziki, həm də psixi sağlamlığı pisləşdirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun