Yandex watch
3-2-8 metodu qarın yağlarını

Pilates mütəxəssisi Nonna Glaserin tövsiyə etdiyi "3-2-8" məşq metodu qarın bölgəsindəki inadkar piyləri yandırmaq üçün ən sürətli və balanslı üsullardan biri hesab olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu məşq rejimi son zamanlar sosial şəbəkələrdə və idman platformalarında geniş marağa səbəb olub.

3-2-8 metodu nədir?

Proqramın əsasını Pilates, güc məşqləri və gündəlik aktiv hərəkət təşkil edir. Metodun yaradıcısı Natali Rouz Edvards bu yanaşmanın bədəni həm fiziki, həm də metabolik baxımdan hərəkətə gətirdiyini vurğulayır. Beverly Hillsdə fəaliyyət göstərən Pilates təlimçisi Nonna Glaser isə bu sistemi “ağıllı və funksional məşq planı” adlandırır.

Proqram üç hissədən ibarətdir:

3 gün Pilates və ya Barre

Bu məşqlər bədənin əsas əzələ qruplarını müxtəlif bucaqlardan aktivləşdirir, həm elastiklik, həm də güc qazandırır. Eyni zamanda, bədənin əsas sabitliyini də artırır.

2 gün güc təlimi

Ağırlıqlar, müqavimət bantları və ya bədən çəkisi ilə edilən məşqlər əzələ kütləsini artırır, maddələr mübadiləsini sürətləndirir və bədəni daha enerjili edir.

Gündəlik 8000 addım

Addımların yarısı səhər, digər yarısı isə axşam yeməyindən sonra atılır. Bu, bədəni monoton kardio rejimlərindən uzaq saxlayır və gün ərzində aktivliyi qoruyur.

Bədənə sürpriz effekti yaradır

Glaser bildirir ki, bu proqramın əsas üstünlüyü hər gün eyni məşqləri təkrarlamaq əvəzinə, müxtəlif fiziki yükləmələrlə bədəni təəccübləndirmək və nəticələri sürətləndirməkdir. Kardio, güc və elastiklik kombinasiyası balanslı şəkildə tətbiq olunduqda bədən daha tez formaya düşür.

Edvards isə bu proqramla formasını optimallaşdırdığını və xüsusilə qarın nahiyəsindəki piylərin azaldığını qeyd edir.

Balanslı qidalanma və istirahətlə birlikdə daha effektivdir

3-2-8 proqramı təkbaşına deyil, balanslı pəhriz və yetərli yuxu ilə birlikdə tətbiq edildikdə ən yaxşı nəticəni verir. Arıqlamaq və qarın piylərini azaltmaq istəyənlər üçün bu metod həm sadə, həm də davamlı yanaşma təklif edir.

Tərcümə: Könül Oruc

E-saglam.az