Yandex watch
240 min iş yeri açıqlacaq? -

"Ağ şəhər layihəsinin əsas məqsədi əraziləri söküb yerində yaşayış binalarının inşa edilməsi deyil, həm də həmin ərazilərdə sənaye infrastrukturunun yenidən qurulmasıdır. Bunun nəticəsində sənaye infrastrukturları genişləndiriləcək və nəticədə 240 min iş yerləri də açılacaq".

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. 

Onun sözlərinə görə, Ağ şəhər layihəsi çox geniş ərazini əhatə edir:

"Layihə Babək prospektindən "Nargilə" kafesinə kimi uzanan bir ərazini özündə birləşdirir. Hələ ondan da bir az irəlidə layihənin ərazisi yekunlaşır. Bu layihə şəhəri gözəlləşdirir. Ağ şəhər geniş olduğu qədər, bir qədər mücərrəd layihədir". 

Akif Nəsirli hesab edir ki, nəzərdə tutulan 240 min iş yerinin hamısı yeni olmayacaq:

"Hazırda layihənin həyata keçirilməsi nəzərdə tutulan ərazidə təxminən 100 mindən çox adamın iş yeri var. Orada obyektlər var - sənaye və iaşə obyektləri, ofislər, müxtəlif təşkilatlar və s. Hazırda ərazidə iş yerləri sıfır vəziyyətində deyil. Yenidən qurulandan sonra iş yerləri artacaq. Sadəcə olaraq, sual doğuran məsələlərdən biri də budur ki, indi fəaliyyət göstərən sahibkarlıq subyektləri yenidən qurulacaq, yoxsa əldən-ələ keçəcək? Bunun üçün zaman tələb olunur".

Qeyd edək ki, Bakının gələcək planında Ağ Şəhərin əhatə edəcəyi ərazinin böyüyəcəyi qeyd olunur. Orada aparılacaq tikinti işləri 15 milyon kv.m sahəni əhatə edəcək. Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər 240 000 sakinin işlə təmin olunması nəzərdə tutulur. 

E-saglam.az