Tibbi xəbərlər
18 aptekdə nöqsan
Tibbi xəbərlər
81

18 aptekdə nöqsan aşkarlanıb

Bu ilin may ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

Bu barədə E-saglam.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan biri Bakıda, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun