İngiltərədə aparılan 13 illik geniş araşdırma, yarım yağlı süd ilə çay istehlakının depressiya və narahatlıq riskini azalda biləcəyini göstərdi.
E-saglam.az xəbər verir ki, araşdırmaya 36-73 yaş arasında olan 357,568 nəfər qatılıb. Bu müddət ərzində 13,065 nəfərə depressiya, 13,339 nəfərə isə narahatlıq diaqnozu qoyulub.
Məlum olub ki, müntəzəm olaraq yarım yağlı süd istehlak edən insanların depressiya riski 16%, narahatlıq riski isə 29% daha azdır. Tam və ya yağsız süd istehlak edənlərdə narahatlıq riskinin azaldığı müşahidə edilsə də, depressiyaya təsiri qeydə alınmayıb.
Veganlar üçün alternativ süd içkilərinin (soya, yulaf südü) istifadəsi ilə narahatlıq və depressiya riskinin artdığı müşahidə olunub. Araşdırmaya görə, yarım yağlı südün balanslı yağ tərkibi beyinə müsbət təsir göstərərək serotonin və dopamin səviyyəsini artırır.
Mütəxəssislər bu tapıntıların daha çox araşdırma ilə təsdiqlənməsinin vacibliyini vurğulasalar da, nəticələr psixi sağlamlıq baxımından ümidvericidir.
Tərcümə: Könül Oruc