Sağlamlıq
112 il yaşayan insanın ən çox sevdiyi 2 yemək:
Sağlamlıq

112 il yaşayan insanın ən çox sevdiyi 2 yemək: Hər cümə yeyirdi

Uzun ömür və sağlam həyat yollarını tapmaq elm adamlarının daim araşdırdığı mövzulardandır. Sağlam bədən üçün düzgün qidalanma və həyat tərzi vacibdir.

E-saglam.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabına görə, "Yaşayan ən yaşlı insan" titulunu qazanan Con Alfred Tinnisvud 3 aprel 2024-cü ildə bu adla tanınıb və eyni ildə, 112 yaşında vəfat edib. Bəs onun uzun ömrünün sirri nə idi?

Uzun ömrün sirləri

Hər kəs sağlam və uzun ömür arzusundadır. Bunun üçün balanslı qidalanma, müntəzəm fiziki fəaliyyət və stressdən uzaq bir həyat əsas şərtlərdir. Con Alfred Tinnisvud isə təvazökar və orta səviyyəli həyat tərzinin vacibliyini vurğulayıb. Uzun ömrünün əsasını təşkil edən qidalanma vərdişləri xüsusi maraq doğurur.

Cümə günlərinin favoriti: Balıq və kartof

Con Alfred Tinnisvud hər hansı xüsusi bir pəhriz tətbiq etmədiyini və həyatında hər şeyin "şans" ilə bağlı olduğunu bildirib. Amma o, hər cümə günü müntəzəm olaraq balıq və kartof yeyirdi. Bu sadə vərdiş onun sağlam qidalanmasının bir parçası idi.

Moderasiya hər şeydən önəmlidir

Tinnisvud, ölçülü və balanslı həyatın əhəmiyyətindən danışaraq, hər şeyin həddindən artıq edilməsinin mənfi təsirlər yarada biləcəyini vurğulayıb. O, həyatında həddi aşmamağın və sadə həyat tərzinin uzunömürlü olmaq üçün əsas olduğunu bildirib.

Onun sözlərinə görə, "bir şeyi çox etmək zərərli ola bilər." Bu mesaj hər kəs üçün dəyərli bir məsləhət olaraq qalır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun