Xəbərlər
107 nömrəli məktəbdə bədbəxt hadisə:
Xəbərlər
414

107 nömrəli məktəbdə bədbəxt hadisə: Uşağın qarnına qapı dəstəyi batıb

Dekabrın 9-da Bakı şəhəri 107 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

E-saglam.az Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı 5-ci sinif şagirdi xəsarət alıb.

Məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, şagird (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyoluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub:

"Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyəsinin dərisinə batıb. Məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.

Məktəb rəhbərliyi və müəllimlərin də müşayiəti ilə şagird tibb müəssisəsinə çatdırılıb.

Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir".

Xatırladaq ki, bu gün Xətai Tibb Mərkəzində 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb. Məlumatı Mərkəzin özü yayıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun