
105 yaşında vəfat edən məşhur yapon həkimi Dr. Şigeaki Hinohara uzun ömrünü sadə, məqsədli və aktiv həyat tərzinə borclu olduğunu deyib.

E-saglam.az xəbər verir ki, o, sağlam qalmağın yalnız düzgün qidalanma və idmanla deyil, həm də zehni möhkəmlik və həyatda məqsəd sahibi olmaqla mümkün olduğunu bildirib.
Hinohara 100 yaşından sonra belə gündə 18 saata qədər işləyib, təqaüdə çıxmağa ehtiyac duymayıb. Onun əsas qaydaları arasında hər gün fiziki aktivlik, sadə və balanslı qidalanma, stressdən uzaq durmaq, daim öyrənmək və psixi sağlamlığa diqqət yer alır. O, məqsədin insanı yaşatdığını, məhsuldarlığınsa həm bədəni, həm də beyni gənc saxladığını vurğulayırdı.
Dr. Hinoharanın həyat fəlsəfəsi bu gün də uzun və mənalı ömür arzulayan insanlar üçün ilham mənbəyidir.
Tərcümə: Könül Oruc