105 yaşlı qadın uzunömürlüyün SİRRİNİ AÇIQLADI
105 yaşlı qadın uzunömürlüyün SİRRİNİ AÇIQLADI

105 yaşlı qadın uzunömürlüyün SİRRİNİ AÇIQLADI

Böyük Britaniya sakini İrene Gilbert 105 yaşını qeyd edib.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uzunömürlülüyünün sirrini düzgün qidalanmaqda görür. 

O, həmişə təzə meyvə, tərəvəz və keyfiyyətli ət yemək lazım olduğunu deyib. Onun sözlərinə görə, yaş ötdükcə şokoladı sevdiyini, amma onu az-az yeyib.

Qeyd edək ki, İrene Gilbert qocalar evində yaşayır. Britaniyalı 1917-ci ildə Londonda anadan olub və bütün həyatı boyu Heinz və Birdseye şirkətlərində mühasib kimi çalışıb.

Gilbert iki oğul böyüdüb. Üç nəvəsi və beş nəticəsi var./Lent.az