105 yaşında vəfat edən Yaponiyalı həkimin tövsiyələri...
E-saglam.az xəbər verir ki, yaponiyalı həkim, ömrünün yüzilliyini yaxşı yaşayan doktor Şiqeaki Hinohara, uzunömürlü olmağınız üçün sizə bəzi tövsiyələr verir.
- Mümkün qədər gec təqaüdə çıxın.
- Çəkinizi nəzarətdə saxlayın.
- Xoşbəxt olacağınız işləri görün.
- Öyrəndiklərinizi başqaları ilə bölüşün.
- Mal-mülk sahibi olmaq üçün özünüzü öldürməyin.
- Həmişə fiziki aktiv olun.
Düşünürəm ki, rəqəmlər nə qədər vacib olsa da, həm də əsas göstərici deyil. Vacib olan məqam odur ki, yaşadığın ömrü sağlam formada yaşayasan!
Sağlam qidalanaraq sağlam yaşayın!
Qida mühəndisi Fərid Səfərov