Xəbərlər
104 yaşlı seçici də səs verdi - Foto
Xəbərlər
303

104 yaşlı seçici də səs verdi - Foto

Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.

E-saglam.az AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib.

Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.

“İndiyə kimi bütün seçkilərdə iştirak etmişəm. Amma bu dəfə səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Xahiş etdim ki, daşınan seçki qutusunu evimə gətirsinlər. Layiqli namizədə səs verdim və ümid edirəm ki, bu seçim ölkəmizin gələcəyi üçün müsbət dəyişikliklərə səbəb olacaq. Seçkilərin nəticələrinin hamımız üçün xeyirli olacağına inanıram”, - deyə 104 yaşlı Qızvəs Mehtiyeva bildirib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun