Yandex watch
102 yaşlı alim uzun ömrünü genetikaya deyil,

Genetik amillərin uzunömürlülükdə rolu tez-tez müzakirə mövzusu olsa da, 102 yaşlı alim Con Şarffenberq bu fikirlərlə razılaşmır. O, sağlam və aktiv ömrünü genlərinə deyil, uzun illər ərzində əməl etdiyi həyat qaydalarına borclu olduğunu deyir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Kaliforniyanın Loma Linda Universitetində dosent olan və hələ də səfərlərə çıxan, avtomobil idarə edən, mühazirələr oxuyan Dr. Şarffenberq sağlam həyatın ən sadiq müdafiəçilərindən biridir.

Genlərlə deyil, vərdişlərlə formalaşan tale

Şarffenberq güclü adventist dəyərlərinə sahib diyetoloq kimi çıxış edir və ailəsindəki erkən ölümləri genetik yox, həyat tərzi ilə əlaqələndirir. Atası 76 yaşında infarktdan, anası isə altmış yaşlarında Altsheymer xəstəliyindən vəfat edib. İki qardaşı isə cavan yaşlarında dünyasını dəyişib. O isə sağlamlığını sadə və davamlı vərdişlər sayəsində qoruduğunu bildirir.

Uzunömürlülüyün 7 əsas qaydası

Dr. Şarffenberqin illərlə əməl etdiyi və ömrünü uzatdığına inandığı 7 əsas prinsip:

Siqaret çəkməyin
"Tütünün zərərləri 1960-cı illərdən məlumdur. Heç bir doza zərərsiz deyil – xərçəng, ürək-damar və tənəffüs xəstəlikləri siqaretin nəticəsidir."

Alkoqoldan uzaq durun
O, orta miqdarda alkoqolun belə sağlamlığa ziyan vurduğunu deyir və ÜST-ün tövsiyəsinə uyğun olaraq sıfıra yaxın istehlakı tövsiyə edir.

Hər gün aktiv olun
"İdman qidalanmadan daha təsirlidir" deyən Şarffenberq, sürətli gəzinti, bağçılıq və dartınma məşqlərinin vacibliyini vurğulayır.

Daimi rejim və aralıq oruc
O, gün ərzində qəlyanaltı yemir və son yeməyini günortadan sonra yeyərək ertəsi gün saat 18:30-a qədər qida qəbul etmir.

Bitki əsaslı pəhriz
20 yaşından bəri vegetarian olan alim, yumurta və süd məhsulları istisna olmaqla, tamamilə bitki əsaslı qidalanır. Manqo, xurma, kartof və qoz-fındıq onun favoritidir.

Doymuş yağları məhdudlaşdırın
Heyvan mənşəli yağlardan uzaq durur, bitki yağlarına üstünlük verir və bu yolla hipertoniya və xolesterin riskini azaldır.

Şəkərin azaldılması
Əlavə edilmiş şəkəri gündə maksimum 50 qramla məhdudlaşdırın və desert əvəzinə təbii meyvələr və anakardiya püresi seçin.

Tərcümə: Könül Oruc

E-saglam.az