102 yaşlı alpinist Akuzava Kokiçi Yaponiyada hündürlüyü 3776 metr olan Fuji dağına qalxan ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşüb.
E-saglam.az xəbər verir ki, Akuzava Kokiçi və komandası Yaponiyanın ən yüksək dağına çatana qədər iki gecə düşərgə qurdular.
70 yaşlı qızı, nəvəsi və dörd nəfərlik alpinist komandası ilə Akuzava çətin bir dırmaşmağa başladı və ona Fuji dağına çıxan ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına daxil oldu.
96 yaşında Akuzava həm də Fuji dağına qalxan ən yaşlı insan oldu. O, altı il ərzində ürək xəstəliyi də daxil olmaqla bir sıra sağlamlıq problemlərindən əziyyət çəkib.
102 yaşlı kişi avqustun 5-də yüksəlişinin yarısında az qala vaz keçdiyini, lakin ailəsinin dəstəyi ilə zirvəyə çatdığını söylədi.
Fuji dağına qalxmazdan əvvəl Akuzava hər səhər səhər saat 5-də oyanaraq üç ay məşq etdi.
Rekord sahibi alpinist deyib:
"Heç vaxt özümü bu qədər zəif hiss etməmişdim. Ağrı hiss etmirdim, amma niyə bu qədər yavaş olduğumu və niyə dözümlü olmadığımı düşünürdüm. Artıq fiziki məhdudiyyətlərimi aşmışdım və bunu hamının gücü sayəsində bacardım".
İlk dəfə 14 yaşında alpinizmlə maraqlanan Akuzava "Dırmanmağı çox sevirəm. Dağda dostluq etmək asandır", - deyib.
Ölkənin milli simvollarından biri və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Fuji dağı Yamanaşi və Şizuoka prefekturaları arasında yerləşir.
Tərcümə: Könül Oruc