Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı açıqlanıb.
Bu barədə E-saglam.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin iyun ayında yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı 270 nəfər təşkil edib.
Onların 36 nəfəri kişi, 234 nəfəri isə qadındır.