Yandex watch
100 yaşını görmək istəyənlər evindən bu

100 yaş görmək istəyənlər bu 4 qidadan istifadə etməlidir. İspaniyada aparılan bir araşdırma 4 qidanın ölüm riskini azaltdığını və ömrü uzatdığını ortaya çıxarıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu məhsullara meyvə, süd məhsulları, qoz-fındıq və sağlam yağlar daxildir. Bu, vaxtından əvvəl ölüm riskini 20 faizə qədər azaldır.

14 il ərzində 11 min insanın qidalanma vərdişlərini araşdıran Muxtar Universitet alimləri Aralıq dənizi pəhrizinə və Planet Sağlamlığı Pəhrizinə (PHD) əməl edənlərdə ölüm riskinin yüzdə 22 daha az olduğunu müəyyən ediblər. Bunun səbəbi meyvələr, süd məhsulları, qoz-fındıq və zeytun yağı kimi doymamış yağlardır. Bu qidaların uzun ömürlə birbaşa əlaqəsi olduğu bildirilmişdir. Bunun əksinə olaraq, qazlı içkilər və xəmir məhsulları erkən ölüm riskini artıra bilər.

Tədqiqatçılar sağlam qidalanmanın təkcə fərdi sağlamlıq baxımından deyil, həm də ətraf mühitin davamlılığı baxımından əhəmiyyətli üstünlüklər verdiyini vurğuladılar. Bundan əlavə, 100 yaşdan yuxarı insanlar üçün fiziki fəaliyyət və sosial əlaqələrin də həlledici olduğunu bildiriblər.

Tərcümə: Könül Oruc

E-saglam.az