Alimlərin araşdırmalarına görə, bəzi insanlar qocalma prosesinə daha yaxşı müqavimət göstərir və uzun yaşamaqla yanaşı, sağlam qalırlar. Uzun ömür sürməyin sirri nədir? Genetik faktorlar mühüm rol oynasa da, həyat tərzi və psixi vəziyyət də əhəmiyyətlidir.
E-saglam.az bildirir ki, professor Emily Rogalski və onun Çikaqo Universitetindəki komandası “super yaşlılar” adlanan bu şəxsləri tədqiq edir. Araşdırmalara görə, super yaşlılar nikbinlik, dözümlülük və əzmkarlıq kimi fərqli şəxsiyyət xüsusiyyətlərinə malikdirlər. Bundan əlavə, aktiv həyat tərzinin saxlanması da onların vəziyyətini dəstəkləyir.
1. Həvəsli olun: Super yaşlılar işləri deyil, maraqları və hobbiləri ilə həyatlarını zənginləşdirirlər. Bu, həyat keyfiyyətini artırır.
2. Sevdiyiniz məşqi edin: Hərəkətliliyi qorumağın ən yaxşı yolu onu öhdəlik kimi deyil, əyləncə kimi görməkdir.
3. Özünüzü başqaları ilə müqayisə etməyin: Super yaşlılar, başqaları ilə rəqabət aparmaqdan daha çox öz həyatlarından məmnundurlar.
4. Cəmiyyət içinə çox çıxın: İctimai həyata daxil olmaq psixi sağlamlıq üçün faydalıdır. Sosial əlaqələr təklənmənin qarşısını alır.
5. Yeni şeylər sınayın: Yeniliklərə açıq olmaq beyni aktiv saxlayır və qocalmanı ləngidir.
6. Müxtəlif yaş qruplarından dostlar qurun: Enerjili insanlar müxtəlif yaşlardan olanlarla münasibətlər qururlar.
7. Şəxsi qaydalarınıza qiymət verin: Özünüzə qayğı göstərmək, həyatınızı müsbət yöndə dəyişməyə kömək edir.
8. Pozitiv düşünün: Stressin sağlamlığa təsirini nəzərə alaraq, müsbət düşüncə tərzi vacibdir.
9. Dəyişməkdən qorxmayın: Yeni təcrübələr həyatı daha maraqlı və mənalı edir.
10. Könüllü olaraq yardım edin: Cəmiyyətə kömək etmək həm şəxsi, həm də sosial fayda təmin edir.
Mütəxəssislər bildirir ki, uzun və sağlam həyatın sirri təkcə genetik faktorlarda deyil, həm də müsbət dünyagörüşü, sosial əlaqələr və aktiv həyat tərzindədir.
Tərcümə: Könül Oruc