Cəmi bir neçə saniyə çəkən sadə bir test, bir insanın xəbəri belə olmayan gizli ürək problemlərini aşkar edə bilər.
E-saglam.az xəbər verir ki, kardioloq Pradip Jain riskinizi əlçatan bir şəkildə necə qiymətləndirəcəyinizi izah edib.
Bu, 10 saniyəlik nəbz yoxlamasını əhatə edir. Həkim izah edir ki, sadəcə şəhadət və orta barmaqlarınızı biləyinizin iç tərəfinə qoyub ürək döyüntülərinizi diqqətlə dinləməlisiniz.
Pradeep Jain qeyd edir ki, əgər döyüntülər qeyri-bərabər və ya nizamsız görünürsə, həkiminizlə müzakirə etməyə dəyər.
Kardioloqun sözlərinə görə, bu sadə metod bəzən illərlə diqqətdən kənarda qalan, lakin insult və digər ağırlaşmalar riskini artıran ümumi ürək ritm pozğunluğu olan qulaqcıqların fibrilasiyasının erkən əlamətlərini müəyyən etməyə kömək edə bilər.
Həkim vurğulayır ki, testin özü diaqnoz qoymaq üçün kifayət deyil. Lakin bu, daha ətraflı müayinə üçün mütəxəssislə məsləhətləşməyə səbəb ola bilər. 65 yaşdan yuxarı insanlar, eləcə də ürək-damar xəstəliyi və ya ailəsində aritmiya tarixçəsi olanlar xüsusilə diqqətli olmalıdır.
Tərcümə: Könül Oruc