Yandex watch
1 stəkan süd içməyin möcüzəvi faydası:

Hər gün bir stəkan süd içmək bağırsaq xərçəngi riskini 17% azalda bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Oksford Universitetinin araşdırmasına görə, süddə olan 300 mq kalsium bağırsağın selikli qişasını qoruyaraq öd turşuları və sərbəst yağ turşularının zərərli təsirlərinin qarşısını alır. Bu təsir yalnız südlə məhdudlaşmır, yarpaqlı göyərti, qatıq və gücləndirilmiş südsüz süd kimi kalsiumla zəngin digər qidalar da oxşar qoruyucu təsir göstərə bilər.

Tədqiqat yarım milyondan çox qadında 97 pəhriz faktorunun bağırsaq xərçəngi riskinə təsirini araşdırıb və nəticələr göstərib ki, kalsium qəbulunu artırmaq xərçəng riskini azaltmaqda mühüm rol oynayır. Bununla yanaşı, spirtli içkilərin və işlənmiş ətlərin müntəzəm istifadəsi xərçəng riskini artırır. Məsələn, gündə bir böyük stəkan şərab içmək prostat xərçəngi riskini 15% artıra bilər.

Bağırsaq xərçənginin əsas simptomlarına qeyri-adi nəcis dəyişikliyi, qarında ağrı və ya şişkinlik, tez-tez defekasiya ehtiyacı, nəcisdə qan, səbəbsiz yorğunluq və çəki itkisi daxildir. Bu simptomlara diqqət yetirmək və müvafiq profilaktik tədbirlər görmək vacibdir.

Bağırsaq xərçənginin qarşısını almaq üçün pəhrizə tam taxıl, meyvə və tərəvəz əlavə etmək, işlənmiş qidalardan çəkinmək, müntəzəm idman etmək, spirt və siqaretdən uzaq durmaq tövsiyə olunur. Sağlam qidalanma və aktiv həyat tərzi riskləri azaltmağa və ümumi sağlamlığı qorumağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az