![1 aya 5 sm saç uzatmağın təbii üsulu -](https://e-saglam.az/storage/news/middle/images/2025/2/sac-uzatmaq-ucun-tebii-usullar.jpg)
Saçların böyümə sürəti müxtəlif amillərlə ləngiyə bilər, lakin təbii üsullarla bunu sürətləndirmək mümkündür.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, aloe vera maskası baş dərisini nəmləndirir, kəpəyin qarşısını alır və saç follikullarını qidalandıraraq böyüməni dəstəkləyir. Tərkibindəki A, C və E vitaminləri hüceyrələrin yenilənməsini təşviq edir.
Yumurta ağı maskası saçlara biotin verərək uzanmasını sürətləndirir. Yumurta ağını saçlara çəkib streç filmə sarıyaraq bir neçə saat gözləmək tövsiyə edilir.
Kokos, badam, makadamiya və jojoba yağları qarışdırılaraq həftədə iki dəfə tətbiq edilə bilər. Bu yağlar saç köklərini gücləndirir və sağlam uzanmasını təmin edir.
Saçları tez-tez istilik vasitələrindən qorumaq da vacibdir. Düzgün qidalanma və sağlam saç baxımı da uzanma sürətinə təsir göstərir. Təbiətə əsaslanan bu üsullarla saçların sağlamlığı qorunur.
Tərcümə: Könül Oruc