Psixologiya
Zəkalı uşaq böyütmək üçün -
Psixologiya
79

Zəkalı uşaq böyütmək üçün - 3 əsas davranış

Müəyyən yaşdan sonra uşaqlar həm məktəbdə, həm də evdə zehni qabiliyyətləri ilə bağlı müxtəlif fikirlərlə üzləşə bilərlər. Lakin mütəxəssislərin fikrincə, ağıllı uşaqlar bəzi davranış xüsusiyyətləri ilə seçilirlər və valideynlər bu xüsusiyyətləri düzgün istiqamətdə inkişaf etdirməlidirlər.

E-saglam.az xəbər verir ki, pediatr və psixologiya sahəsində çalışan mütəxəssislər vurğulayırlar ki, uşağın inkişafı yalnız təbii qabiliyyətlərdən deyil, həm də valideynlərin gündəlik olaraq aşıladığı vərdişlərdən asılıdır.

Araşdırmaçı Hirş Pasek qeyd edir ki, uşaqların necə böyüdülməsi illər sonra onların şəxsiyyətinə və davranışına birbaşa təsir göstərir.

1. Ünsiyyət bacarıqlarını inkişaf etdirmək

Danışmaq, dinləmək, oxumaq və yazmaq kimi əsas ünsiyyət bacarıqları uşağın inkişafında mühüm rol oynayır. Ailə məşqçisi T-Ann Pirs bildirir ki, valideynlə uşaq arasında effektiv ünsiyyət gələcəkdə anlaşılmazlıqların və emosional gərginliyin qarşısını alır. Açıq və dürüst dialoq uşağın özünü ifadə etməyi öyrənməsinə və valideynlə daha güclü bağ qurmasına kömək edir.

2. Birgə oxu və diqqətli paylaşım

Uşağa kitab oxumaq onun həm özünəinamını artırır, həm də valideynlə emosional bağını gücləndirir. Ailə psixoloqu Julie Nise vurğulayır ki, uşağın diqqət mərkəzində olduğunu hiss etməsi onun psixoloji inkişafı üçün çox önəmlidir. Birlikdə oxunan kitablar üzərindən müzakirələr aparmaq, uşağın dünyagörüşünü genişləndirir və onun öz fikirlərini formalaşdırmasına kömək edir.

3. Tənqidi düşüncəni təşviq etmək

Uşaqlara yalnız məlumat vermək kifayət deyil, onların düşünməyi öyrənməsi daha vacibdir. Mütəxəssislər hesab edirlər ki, valideynlər uşaqlara suallar vermək, fərqli baxış bucaqlarını göstərmək və müstəqil nəticə çıxarmağa imkan yaratmaqla tənqidi düşüncəni inkişaf etdirə bilərlər. Bu bacarıq uşağın gələcəkdə problemləri analiz etməsinə və düzgün qərarlar verməsinə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun