E-saglam.az xəbər verir ki, bir nevroloq, psixiatrik dərmanların beyindəki kimyəvi maddələri dəyişdirə biləcəyini və hipnik sarsıntılarına səbəb ola biləcəyini göstərən bir təcrübə apardı. Tədqiqatda professor Alghamdi antidepresan qəbul edən orta yaşlı bir kişinin yuxu rejimini təhlil edib.
Xəstə gecələr qəfil yıxılma hissi, həmçinin ürək döyüntüsünün artması, gərginlik hissi və yenidən yuxuya gedə bilməmək qorxusundan şikayətlənirdi. Bu fenomeni müalicə etmək üçün professor Alghamdi xəstədən dərman qəbul etməyi dayandırmağı xahiş etdi.
Bu kiçik düzəlişdən sonra xəstənin vəziyyəti kəskin şəkildə yaxşılaşdı və gecələr hipnik sarsıntıları tamamilə yox oldu. Onun bu dərmanla müalicə etdiyi depressiya əlamətləri də aradan qalxıb.
Professor Alghamdi, daimi yuxunun pozulmasının xəstənin depressiya əlamətlərini əhəmiyyətli dərəcədə pisləşdirdiyini irəli sürdü.
Güclü hipnik sarsıntısı beyindəki neyrokimyəvi dəyişikliklər nəticəsində depressiyaya səbəb ola biləcək xroniki yuxu çatışmazlığına səbəb ola bilər.
Tərcümə: Könül Oruc