Yuxuda danışırsınızsa,
Yuxuda danışırsınızsa,

Tədqiqatlar göstərib ki, yuxuda olan söhbətlərin çoxu heç bir məna daşımır.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, Yuxu Pozğunluqlarının Beynəlxalq Təsnifatına əsasən, yuxudakı söhbətlər əvvəlki davranışları və ya xatirələri əks etdirmir.

“Yəni işdə pis gün keçirəndə və ya ailə münaqişəsi yaşayanda, yəqin ki, yuxunuzda bu barədə danışmazsınız”, - tədqiqatçılar bildirib.

Mütəxəssislərin fikrincə, yuxuda danışmağa başladığınız yaş vacibdir. Əgər bütün həyatınız boyu yuxuda danışırsınızsa, narahat olacaq bir şeyiniz yoxdur. Adətən uşaqlar və yeniyetmələr arasında yayqındır - 3-10 yaşlı uşaqların təxminən 50% -i yuxuda danışır. Bu, əsasən 20-30 yaşları arasında, bir tərəfdaşla yaşamağa başlayanda aşkar edilir.

Ancaq 50 yaşdan yuxarısınızsa və yuxuda qəfil danışmağa başlasanız, bu, Parkinson xəstəliyi və ya demans kimi tibbi vəziyyətin əlaməti ola bilər. Yuxuda danışmaq tez-tez digər yuxu problemləri ilə əlaqələndirilir. Əgər yuxuda qışqırırsan və hərəkət edirsənsə, deməli, başqa bir şey baş verir. /lent.az

E-saglam.az