Sağlamlıq
Yuxu keyfiyyətini pozan
Sağlamlıq
70

Yuxu keyfiyyətini pozan əsas səhvlər açıqlandı

Yuxu üzrə mütəxəssis Sofi Bostok yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb olan ən yayılmış səhvləri açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, həm yuxuya laqeyd yanaşmaq, həm də ona həddindən artıq fokuslanmaq sağlam yuxuya mane olur.

Mütəxəssis bildirir ki, iş, əyləncə və ya ünsiyyət naminə yuxudan imtina etmək orqanizmə ciddi zərər verir. Digər tərəfdən, yuxunun keyfiyyəti barədə daim narahat olmaq da əks təsir göstərərək yuxusuzluğa səbəb ola bilər.

Bostok qeyd edir ki, “yatmağa çalışmaq” özü belə stress yaradır və beyni yüksək ayıqlıq vəziyyətində saxlayır. Bu isə yuxuya getməyi çətinləşdirir.

Yaxşı yuxu üçün mütəxəssis hər gün eyni saatda oyanmağı, gün ərzində açıq havada vaxt keçirməyi və yatmazdan əvvəl sakit mühit yaratmağı tövsiyə edir.

Həmçinin yatmazdan ən azı bir saat əvvəl smartfondan uzaq durmaq yuxunun keyfiyyətini artırmağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun