Tibbi xəbərlər
Yazda gündüz yuxululuğunun səbəbləri və
Tibbi xəbərlər
118

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yuxu mütəxəssisi, professor Roman Buzunov yaz aylarında tez-tez müşahidə olunan gündüz yuxululuğunun səbəblərindən danışıb.

E-saglam.az xəbər verir ki, Mütəxəssisin sözlərinə görə, yaz yorğunluğunun əsas səbəblərindən biri vitamin çatışmazlığıdır. Qış aylarında günəş işığının az olması D vitamini səviyyəsini aşağı salır və bu da yuxu keyfiyyətinə mənfi təsir göstərir.

Buzunov qeyd edib ki, soyuq mövsümdə fiziki aktivliyin azalması da bu vəziyyəti daha da ağırlaşdırır. Bu, maddələr mübadiləsini yavaşladır, çəki artımına səbəb olur və nəticədə yuxu pozğunluqları, o cümlədən apne və xoruldama yarana bilər.

Həkim əlavə edib ki, uzun müddət kifayət qədər istirahət etməmək də gündüz yuxululuğunu artırır. Xüsusilə qeyri-düzgün rejim və həddindən artıq qidalanma bədənin bərpasına mane olur.

Somnoloq bu problemin qarşısını almaq üçün qidalanmaya diqqət yetirməyi və fiziki aktivliyi artırmağı tövsiyə edir. Onun sözlərinə görə, müntəzəm hərəkət həm enerjini artırır, həm də stress və narahatlığı azaldır.

Buzunov həmçinin ilin müxtəlif dövrlərində qısa fasilələr verməyin və istirahət etməyin ümumi sağlamlıq və yuxu keyfiyyəti üçün faydalı olduğunu vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun