İspaniya Yuxu Cəmiyyətinin xronobiologiya işçi qrupunun koordinatoru Mariya Xose Martinez Madrid həm erkən, həm də gec yatmağın sağlamlığa mənfi təsir göstərdiyini bildirib.
E-saglam.az xəbər verir ki, o yatmaq üçün ideal vaxtı qeyd edib.
Madridə görə, insanın gecə yeddi-doqquz saat yuxuya ehtiyacı var. O izah etdi ki, səhər saat 6:30 ilə 8:00 arasında oyananlar axşam saat 22:30 ilə 23:30 arasında yatmalıdırlar.
Mütəxəssis həmçinin insanları saat 23:30-dan gec və ya 21:00-dan tez yatmamağa çağırdı. Birincisi yorğunluğa, performansın azalmasına, metabolik pozğunluqlara və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər, ikincisi isə sadəcə tövsiyə edilmir.
Madrid əlavə edib ki, saat 21:00-dan əvvəl yatmaq yalnız insanın çox erkən oyanması lazım olduqda uyğundur.
Tərcümə: Könül Oruc