Az yağlı məhsullar sağlamlıq üçün təhlükə yarada bilər. Onların istehlakı çəki artımına və 2-ci tip diabetin inkişafına səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, bu barədəı diyetoloq Yelena Jelyanina xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, qidalardan sağlam yağları çıxarmaqla istehsalçılar onları yeməli hala gətirmək üçün nişasta və şəkər əlavə etmək məcburiyyətində qalırlar. Nəticədə, ənənəvi qatıq və ya kəsmik sözdə sürətli karbohidratlara çevrilir.
"Bu məhsul qlükoza səviyyəsinin kəskin şəkildə artmasına səbəb olur. Mədəaltı vəzi qan şəkərini aşağı salmaq üçün böyük dozada insulin istehsal edir. Zamanla insulin müqaviməti belə inkişaf edir", - deyə Jelyanina izah edib.
Diyetoloq vurğuladı ki, arıqlamaq ümidi ilə sağlam yağların pəhrizdən çıxarılması əks təsirə malikdir və metabolik pozğunluqlara səbəb olur.
Tərcümə: Könül Oruc